Ağır Makina Sanayi


Zavodumuz (Keçmiş Əli Bayramli Dəzgahqayırma zavodu) 1990-cu ildə tikilib istifadəyə verilmişdir. Zavodumuzda keçmiş İttifaqın digər respublikalarından yarım fabrikat halda 7402 və 7403 markalarında İsgənə dəzgahlarının (Dolbyojnıy Stanok) hissələri gətirilərək, yuxarıda qeyd olunan markalarda İsgənə dəzgahları istehsal olunmuşdur.Hazır İsgənə dəzgahları (muvafiq olaraq 2 ton və 5 ton ağırlığında) keçmiş İttifaqın bütün respublikalarına göndərilmişdir. O dövrdə zavodumuzda 250-300 işçi çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra İsgənə dəzgahlarının istehsalı tamamilə dayandırılmışdır. Zavod 100% özəlləşdirilmişdir. Sonraki dövrdə zavodumuz yaxın regionda yerləşən neft kompaniyalarının (Qarasu Əməliyyat Şirkəti, Şirvan OİL, Salyan OİL, Anşad Petrol və Nobel OIL) sifarişləri ilə neft-mədən avadanlıqlarının istehsalı və təmiri ilə məşğul olmuşdur. Zavodumuz 3.5 hektar daş hasarla əhatə olunmuş ərazidə yerləşir. Zavodumuzun 3 mərtəbəli inzibati binasi, 90m x 78m x 10m ölçüdə istehsalat binası və digər yardımçı binaları vardır. Zavod ərazisində bütün mühəndisi kommunikasiyalar mövcuddur.İstehsalat korpusu 5 ədəd 18 metrlik aşrımdan ibarətdir. Hər bir aşrımda 5-10 tonloq 2 ədəd körpülü kranlar işlək vəziyyətdədir. Yükləri bir aşırımdan digərinə keçirmək üçün 5 tonluq dəmiryol xətti üzərində hərəkət edən mexanizim (telyajka) movcuddur. Ona gorə də 5-10 tonluq yükün korpusun istənilən nöqtəsinə hərəkəti köməkçi qaldırıcıdan istifadə etmədən mümkündür. İstehsalat korpusu dəmir-beton kontraksiyadan tikilmişdir ki, belə bir korpusun tikintisinə milyonlarla vəsait lazimdir. İstehsalat korpusunun 1 hektara yaxın olan dam örtüyü sinklənmiş şifirlərlə əsaslı şəkildə vurulmuşdur ki bu da korpusun uzun illər boyunca istifadə etməyə imkan verir Zavodumuzun bir üstün cəhəti də ondan ibarətdir ki , zavoda qədər Şəhər dəmiryol xətti movcuddur. Zavodumuzda hal-hazırda metal üzərində iş görmək üçün hər cür dəzgahlarımız mövcuddur.
Neft Təşkilatlarının ehtiyaci ola biləcək aşağıdakı detal və ehtiyyat hissələrinin hazirlanmasi və əsaslı təmirləri bizim zavodun imkanları daxilindədir
1. Butun markalı reduktorlarin əsaslı təmirləri
2. Butun markalı reduktorlarin butun valları
3. Butun markalı reduktorlarin dişli çarxları
4. Plunjerli və diskili mərkəzdənqaçma nasosların təmiri
5. Müxtəlif diametirli çəp və düz dişli çarxlar
6. Müxtəlif diametirli vallar
7. Müxtəlif diametirli flyanslar
8. Müxtəlif diametirli həlqələr
9. Müxtəlif ölçülü sancaqlar
10. Müxtəlif diametirli şkiflər
11. Müxtəlif diametirli klapanlar
12. Dişli muftalar
13. 2” , 2.5” , 3” borularinin (NKT) təmiri
14. Və digər neft sənayesində lazim olan avadanliqlar
Dəzgahlarimiz və Gördüyü işlər
1. 16B16 - torna vint açan dəzgah.Torna işləri görür, deşik açır
2. 16K20 -torna vint açan dəzgah.Torna işləri görür, dəzgah açır
3. 16B16 - torna vint açan dəzgah.Torna işləri görür, deşikləri açır
4. 1E365 - torna rezolver dəzgah.Torna işləri görür
5. 53A20 -dis frezleyici dezgah. Dişli çarxların dişlərini frezləyir (m=4)
6. 3M227-daxili pardaq dəzgahı. Oymaqvari hissələrinin içərisini pardaqlayır
7. 2N135 –vertikal burğu dəzgahı.Müxtəlif hissələrdə ancaq deşiklər açır
8. 2L53U-radial burğu dəzgahı . Müxtəlif hissələrdə ancaq deşiklər açır
9. 7305-eninə düzyonuş dəzgahı. Müxtəlif hissələri müstəvi şəkildə yonur
10. 3U132-dairəvi pardaq dəzgahı,valların ,oxların xaricini pardaqlayir
11. 692-R- şponka yeri frezləyən dəzgah.müxtəlif ölçüdə şponka yerlərini frezləyir
12. FWD-3-horizontal frez dezgahi müxtəlif.Müxtəlif şliflər və müxtəlif dişli çarxların dişlərini açər
13. 7402-iskənə dəzgahı.oymaqvari hissələrin içərsinə şlif və diş acır,bu işləri hissələrin çölündədə görür
14. VM-127-vertikal frez dəzgahı.Müxtəlif hissələrin səthlərini frezləyir,şponka yeri açır və diş açır
15. SZ-hekkert uzununa pardaq dəzgahı.gövdə hissələrinin düz səthlərini pardaqlayır
16. EZS-354-diş frezləyən dəzgah.müxtəlif dişli çarxların dişlərini frezləyir (m=9)
17. 2A554-radial burgu dəzgahı.müxtəlif hissələrdə deşiklər açır.
18. 1M63-torna vint açan dəzgah.Torna işlərini görür,rezbə açır
19. 16D20-Torna rent açan dəzgah. Torna işlərini görür,rezbə açır
20. MK-6783-uzununa frez dəzgahi.Gövdə hissələrinin səthini frezləyirv
21. 7A216-uzununa düz yonmuş dəzgahı. Gövdə hissələrinin düz səthini yonur
22. 3D711- müstəvi pardaq dəzgahı. müxtəlif hissələrin düz səthlərini pardaqlayır
23. İV-2144-list əyən dəzgah.müxtəlif polad listlərinin muxtəlif bucaq altinda əyir
24. Dairəvi kəsən dəzgah.müxtəlif dairəvi və ya düz bucaqlı matreallari kəsir
25. P-160 press-40tonluq presdir
26. Kompressor.2 atmosfer hava vurur
27. HB-5222-kombinə olunmuş.kəsən qayçı.müxtəlif list hissələrini kəsir
28. List kəsən dəzgah.Polad vərəqləri kəsir

Fotoğraf Galerisi