Şirvan şəhəri Cənub Sənaye Qovşağında yerləşən “Dəzgahqayırma” Zavodu haqqında Qısa Məlumat

Zavodumuz (Keçmiş Əli Bayramli Dəzgahqayırma zavodu) 1990-cu ildə tikilib istifadəyə verilmişdir. Zavodumuzda keçmiş İttifaqın digər respublikalarından yarım fabrikat halda 7402 və 7403 markalarında İsgənə dəzgahlarının (Dolbyojnıy Stanok) hissələri gətirilərək, yuxarıda qeyd olunan markalarda İsgənə dəzgahları istehsal olunmuşdur.Hazır İsgənə dəzgahları (muvafiq olaraq 2 ton və 5 ton ağırlığında) keçmiş İttifaqın bütün respublikalarına göndərilmişdir.

O dövrdə zavodumuzda 250-300 işçi çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra İsgənə dəzgahlarının istehsalı tamamilə dayandırılmışdır. Zavod 100% özəlləşdirilmişdir. Sonraki dövrdə zavodumuz yaxın regionda yerləşən neft kompaniyalarının (Qarasu Əməliyyat Şirkəti, Şirvan OİL, Salyan OİL, Anşad Petrol və Nobel OIL) sifarişləri ilə neft-mədən avadanlıqlarının istehsalı və təmiri ilə məşğul olmuşdur. Zavodumuz 3.5 hektar daş hasarla əhatə olunmuş ərazidə yerləşir. Zavodumuzun 3 mərtəbəli inzibati binasi, 90m x 78m x 10m ölçüdə istehsalat binası və digər yardımçı binaları vardır. Zavod ərazisində bütün mühəndisi kommunikasiyalar mövcuddur.İstehsalat korpusu 5 ədəd 18 metrlik aşrımdan ibarətdir. Hər bir aşrımda 5-10 tonloq 2 ədəd körpülü kranlar işlək vəziyyətdədir.


Yükləri bir aşırımdan digərinə keçirmək üçün 5 tonluq dəmiryol xətti üzərində hərəkət edən mexanizim (telyajka) movcuddur. Ona gorə də 5-10 tonluq yükün korpusun istənilən nöqtəsinə hərəkəti köməkçi qaldırıcıdan istifadə etmədən mümkündür. İstehsalat korpusu dəmir-beton kontraksiyadan tikilmişdir ki, belə bir korpusun tikintisinə milyonlarla vəsait lazimdir.

 İstehsalat korpusunun 1 hektara yaxın olan dam örtüyü sinklənmiş şifirlərlə əsaslı şəkildə vurulmuşdur ki bu da korpusun uzun illər boyunca istifadə etməyə imkan verir. 

 Zavodumuzun bir üstün cəhəti də ondan ibarətdir ki , zavoda qədər Şəhər dəmiryol xətti movcuddur. Zavodumuzda hal-hazırda metal üzərində iş görmək üçün hər cür dəzgahlarımız mövcuddur.

ASC BAKU COMPANY AĞIR SANAYİ FABRİKASI

ASC BAKU COMPANY AĞIR SANAYİ FABRİKASI

×